Həbsxanaya gətirilən sovqatdan narkotik çıxıb. Ədliyyə Nazirliyinin Penitensiar xidmət mərkəzindən SİA-ya verilən məlumata görə, 2 saylı İstintaq təcridxanasında saxlanılan İlham Gülməmməd oğlu Məmmədova gətirilən sovqatı yoxlayıblar. Ona qovqatı qardaşı, Gəncə şəhər sakini Fikrət Gülməmməd oğlu Məmmədov gətiribmiş. Nəticədə "Emrooz" yuyucu tozunun içərisində xüsusi üsulla gizlədilmiş, xalis çəkisi 2.43 qram olan narkotik maddə - marixuana aşkar edilərək götürülüb.
Fakt üzrə araşdırma aparılır.
Qeyd edək ki,İ.Məmmədov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinə əsasən həbs edilib.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB