"CNN Türk" telekanalı Azərbaycan hərbçiləri tərəfindən vurulan Ermənistan helikopterinin qondarma "Dağlıq Qarabağ ordusu"na məxsus olması və Dağlıq Qarabağı ayrıca subyekt kimi təqdim etməsi ilə bağlı səhvini düzəldib. SİA-nın məlumatına görə, ötən gün belə səhvə yol verilən reportajın yayımlanmasından sonra Azərbaycan tərəfinin etirazı ilə qarşılaşan "CNN Türk" telekanalı helikopterin vurulması ilə bağlı daha bir reportaj hazırlayaraq səhvini düzəldib.
Belə ki, yeni reportajda vurulan helikopterin qondarma "Dağlıq Qarabağ ordusu"na deyil, Ermənistan Hərbi Hava Qüvvələrinə məxsus olduğu bildirilir.
Qeyd edək ki, ötən gün "CNN Türk" telekanalı reportajda Dağlıq Qarabağı ayrıca subyekt kimi təqdim etmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB