DVC – nin ("Vətəndaş Cəmiyytinə Debat İctimai Birliyi") "GEW" (Qlobal Sahibkarlıq Həftəsi) çərçivəsində dəstəyi ilə "WED Ambassador" (Qadın Sahibkarlığının İnkişafı Səfiri) müsabiqəsini elan edir. SİA-nın məlumatına görə, "WED Ambassador" programının məqsədi Azərbaycanda liderlik və sahibkarlıq xüsusiyyətinə malik olan qadınları seçmək və onların beynəlxalq arenada Azərbaycanı təmsil etməsi üçün imkan yaratmaqdır.
Hər il ənənəvi olaraq tədbirin keçirildiyi hər bir ölkədən bir nəfər qadın iştirakçı bir il boyunca digər "WED Ambassador"larla birlikdə biznes fəaliyyəti ilə məşğul olan qadınlar üçün təşkilatın keçirəcəyi müxtəlif tədbirlərdə iştirak etmək hüququ qazanır.
Namizədlər fəal sahibkarlıq fəaliyyəti ilə məşğul olan, liderlik və innovativ xüsusiyyətlərə malik olmalıdırlar. "WED Ambassador"a namizədlər siyahısına daxil olmaq üçün CV-nizi və proqramda iştirak istəyinizi əks etdirən motivasiya məktubunu [email protected] elektron ünvanına 15 noyabr 2014-cü il tarixə qədər göndərmək lazımdır.
Məlumat üçün qeyd edək ki, "Qlobal Sahibkarlıq Həftəsi" dünyanın 139 ölkəsini əhatə edən sahibkarlıq mədəniyyətini və gənclərin sahibkarlıq potensialını inkişaf etdirən beynəlxalq layihədir. Hər ilin noyabr ayında Həftə 35 000 yaxın tədbiri və 7 million iştirakçını əhatə edir. Programın məqsədi- gəncləri sahibkarlıq fəaliyyətinə cəlb etmək, onları şəxsi bizneslərinə başlamaları üçün təcrübəli biznesmenlərlə fikir və bilik mübadiləsini təşkil etməkdir.
"Qlobal Sahibkarlıq Həftəsi"-nin Azərbaycan üzrə rəsmi tərəfdaşı DVC 8 proqram üzrə fəaliyyət göstərir. Azərbaycanda gənc sahibkarlığın dəstəklənməsi bu istiqamətlərdən biridir. Təşkilat bu istiaməti Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və "Coca-Cola" Şirkəti ilə birgə təşkil etdiyi "Youth İnc." Proqramı vasitəsi ilə həyata keçirir. Proqram gənc sahibkarların təşəbbüslərinin dəstəklənməsi əsasında gənc sahibkarlığın inkişafına xidmət edir. Son iki ildə Youth Inc çərçivəsində 8 yeni şirkət qurulub, 5 minə yaxın gənc proqramın müxtəlif tədbirlərində iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB