Bu ilin noyabr ayından ölkəmizin bütün guşələrində Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA - Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq İctimai Birliyinin təsisçisi Leyla Əliyevanın "Ümumrespublika yaşıllaşdırma" layihəsi əsasında ağacəkmə kampaniyasına start verilib. SİA-nın xəbərinə görə, Qaradağ rayonunda da bu layihə Qobustan qəsəbəsində başlanılıb. İlk növbədə, abadlaşdırılan ərazidə təmizləmə işləri görülən, yeni torpaq qatı salınıb, mineral gübrələr səpilib. Rayonun florasının daha da zənginləşdirilməsi və gözəlləşdirilməsi məqsədi ilə yerli ağac növləri ilə yanaşı, bir sıra dekorativ müxtəlif gül və ağac kolları da əkilib.
Bu aksiya çərçivəsində indiyədək 2000-ə qədər şam, sərv, liandra və digər növlərdən olan ağac əkilib, 3000 kv.metr sahəyə ot örtüyü döşənmiş və ətraf ərazi abadlaşdırılıb.
"Ümumrespublika yaşıllaşdırma" marafonu çərçivəsində rayonun digər qəsəbələrində, eləcə də Bakı-Ələt (Astara) magistral avtomobil yolu boyunca ağaclar əkiləcək.

.jpg)




Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB