Bu günlərdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatının İşgəncələrin qarşısının alınması şöbəsinin müdiri, Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) rəhbəri Vüqar Məhərrəmov Ədliyyə Akademiyasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qulluğa yeni qəbul edilmiş şəxslər, habelə Ekspertiza və Baş Tibb idarələri əməkdaşlarının təkmilləşdirilməsi üçün təşkil olunmuş təlim kurslarında mühazirələr oxuyub. Ombudsman Aparatından SİA-ya verilən xəbərə görə, V.Məhərrəmov Ombudsmanın fəaliyyəti, "Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Konstitusiya Qanunu, "BMT-nin İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya", bu beynəlxalq sənədin Fakültativ Protokolu, Azərbaycanda Milli Preventiv Mexanizmin (MPM) fəaliyyəti barədə ətraflı çıxış edib, respublikamızda Fakültativ Protokolun icrasının təmin edilməsi məqsədilə ölkə Prezidentinin müvafiq Sərəncamı ilə Ombudsmanın MPM qismində müəyyən edildiyini diqqətə çatdırıb.
Mühazirələr zamanı məruzəçi MPQ üzvlərinin azadlıqdan məhrumetmə yerlərinə, o cümlədən penitensiar müəssisələrə başçəkmələr həyata keçirməsi, "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu və onun tətbiqi ilə bağlı tədbirlər haqqında danışmış, dinləyicilərin çoxsaylı suallarını ətraflı cavablandırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB