Hafiz Hacıyev: "Düşmən nə zaman həddini aşsa layiqli cavabını alacaqdır"

Hafiz Hacıyev: "Düşmən nə zaman həddini aşsa layiqli cavabını alacaqdır"

"Biz güclü ordumuzla fəxr edirik və düşmən nə zaman həddini aşsa layiqli cavabını alacaqdır". Bunu SİA-ya Müasir Musavat Partiyasının sədri Hafiz Hacıyev noyabrın 12-də Ermənistan Silahlı Qüvvələrinə məxsus Mi-24 tipli helikopterinin vurulmasına münasibət bildirərkən deyib.

Həmçinin partiya sədri qeyd edib ki, çox çətin, ikili standartların mövcud olduğu bir dövrdə yaşayırıq. Diqqətli olmalıyıq, heç bir provokativ tədbirlərə aldanmamalıyıq: "Düşmən helikopterini məhv edən hərbi qulluqçunun müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilməsi və qiymətli hədiyyə ilə mükafatlandırılmasını təqdirəlayiq addım olduğunu hesab edirəm və alqışlayıram.Vətən və millət adına atılan hər bir cəsarətli addımın qiymətləndirilməsi və həmin şəxslərin ruhlandırılması üçün müvafiq tədbirlər görülməsi hamımızın borcudur!!!".

Bütün xəbərlər Facebook səhifəmizdə