Bu gün Bakının bir sıra küçə və yollarında tıxac var. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən SİA-ya verilən məlumata görə, hazırda Bakı-Sumqayıt şosesində - Avtovağzalın qarşısında üzü şəhər istiqamətində tıxac olduğundan avtomobillərin hərəkəti çətinləşib.
Binəqədi şosesindən şəhər istiqamətində, Azadlıq prospektindən "28 May" metrosuna düşən yolda, Üzeyir Hacıbəyov və Rəşid Behbudov küçələrinin kəsişməsində avtomobillərin hərəkətində sıxlıq müşahidə olunur.
O cümlədən, Əhməd Rəcəbli küçəsi və Ziya Bünyadov prospektinin kəsişməsində tıxac yaranıb. Bu Ziya Bünyadov prospektinin "20 Yanvar" dairəsi istiqamətində olan kənar yolunun bağlı olması ilə əlaqədardır. Sürücülərə alternativ olaraq Naxçıvani küçəsi istiqamətində hərəkət etmək tövsiyə olunur.
Azadlıq prospektindən Rəşid Behbudov küçəsinin kəsişməsi istiqamətində də yolda tıxac var. Sürücülərə alternativ olaraq "28 may" küçəsi ilə hərəkətə davam etmək tövsiyə olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB