"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) mətbuat katibliyindən SİA-ya verilən məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyevin 6 iyul 2010-cu ildə imzaladığı "Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramının təsdiq edilməsi haqqında" sərəncamı sürətlə icra olunur.
Dövlət Proqramının icrası çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində əsaslı təmir işləri davam edir.
Noyabrın 13-də Poylu-Salahlı mənzilində 6,2 km yolun əsaslı təmirinə start verilib. Təmir işləri beş gün davam edəcək.
Əsaslı təmir işlərini "Azərbaycan Dəmir Yolları" QSC "Dəmiryolservis" MMC-nin müəssisələri həyata keçirir. "Dəmiryolservis" MMC-nin baş mühəndisi Əfsələddin Gəncəliyevin verdiyi məlumatda bildirilir ki, səhər saatlarında artiq 500 metr köhnə yol sökülüb.
Qeyd edək ki, "Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafina dair Dövlət Proqramı"nin icrasi çərçıvəsində Bakı-Böyük Kəsik istiqamətində 10 iyun 2011-ci ildə Tatli-Ağstafa sahəsinin 97-ci kilometrində start verilib və bu günə kimi 354,4 km yol əsaslı təmir olunub. Bunun da 342 kilometri 800 metrlik uzunölçülü relslərlə (pletlərlə) əvəzlənib.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB