Mağazalardan pul oğurlayan dəstə ələ keçdi

Mağazalardan pul oğurlayan dəstə ələ keçdi

Mağazalardan külli miqdarda pul oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar. Nizami rayonunun Qara Qarayev prospektindəki mebel mağazasından içərisində 55 min manat, B.Nuriyev küçəsindəki mağazadan içərisində 65 min manat olan seyfləri oğurlamaqda şübhəli bilinən paytaxt sakinləri Kərim Kubayev və Renat Məhərrəmov rayon polis idarəsinin cinayət axtarış şöbəsinin əməkdaşları tərəfindən tutulublar.

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən bildiriblər ki, faktla bağlı araşdırmalar davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə