Bilik Fondu "Docendo discimus" layihəsi çərçivəsində sosial sifarişlər əsasında mühazirələri davam etdirir. Azərbaycan Respublikasınin Prezidenti yanında Bilik Fondunun İnformasiya Təminatı sektorundan SİA-ya verilən məlumata görə, bu gün Azərbaycan Respublikasınin Prezidenti yanında Bilik Fondu 12 noyabr - Konstitusiya Günü ilə bağlı bölgələrdə mühazirələr təşkil edib. Fondun əməkdaşı, hüquqşünas Tural Şahbazov və Bilik Fondunun hüquqşünas lektoru Ramin Paşayev Quba, Qusar və Xaçmaz rayonlarında "İnsan hüquqları və azadlıqları" mövzusunda mühazirə deyiblər.
Quba şəhəri 3 saylı orta ümumtəhsil məktəbində, Qusar rayonu 1 saylı orta məktəbdə və Xaçmaz rayonu 4 saylı orta məktəbdə təşkil olunmuş mühazirələrdə şagirdlər və müəllimlərlə yanaşı, rayon ictimaiyyətinin nümayəndələri də iştirak ediblər. T.Şahbazov və R.Paşayev iştirakçılara vətəndaşların hüquq və azadlıqlarını elan edən ali qanun, insan hüquqlarının müxtəlif təsnifat sistemləri, mülki və siyasi, iqtisadi, sosial və mədəni hüquqlar barədə ətraflı məlumatlar veriblər, onları maraqlandıran sualları cavablandırıblar.
Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsində qəbul edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB