Orta məktəblərin kompüterləşdirilməsi davam edir

Orta məktəblərin kompüterləşdirilməsi davam edir

Bu gün Samux rayonunda 7 min 817 şagird təhsil alır. Bu şagirdlərin informatika sahəsində biliklərinin artırılması üçün dövlət tərəfindən 369 kompüter ayrılıb. Başqa sözlə desək, bu gün rayonda 21 şagirdə 1 kompüter dəsti düşür. Düzdür, bu gün üçün bu kompüterlər günün tələblərinə cavab verməsə də şagirdlərin müasir kompüter biliklərinə yiyələnməsi üçün yetərli hesab etmək olar. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, bu sahə üzrə təsdiqlənən tədris proqramına uyğun olaraq həyata keçirilən tədris, rayonda şagirdlərin kompüter biliklərinin, eləcə də bu vasitədən düzgün istifadə edilməsinə zəmin yaradır.

Rayon Təhsil şöbəsinin sədri Gülağa Bağırov bildirib ki, bu gün üçün əsas məsələ kadr bazasının olmasıdır: "Bəzi kəndləri çıxmaq şərti ilə rayonda kompüter sahəsində pedaqoq kifayət qədərdir. Ümumilikdə bu rayonda məktəblərin kompüterləşdirilməsi istiqamətində elə də ciddi problem yoxdur. 90 faizi işlək vəziyyətdə olan texnikaların sazlığını mütəmadi şəkildə Təhsil Nazirliyinin yerlərə ezam olunan mütəxəssisləri yoxlayır. Dərs zamanı isə şagirdlər ancaq internetdə nəzərdə tutulan link və portallardan istifadə edə bilər".

İlham Məmmədzadə

Bütün xəbərlər Facebook səhifəmizdə