Bu yoldan keçməyin!

Bu gün axşam 22:00-dan Yusif Səfərov küçəsinin Afiyyədin Cəlilov küçəsi ilə kəsişməsindən Xocalı prospekti ilə kəsişməsinədək olan hissədə hərəkət məhdudlaşdırılacaq. SİA-nın xəbərinə görə, bu barədə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib.

O bildirib ki, qeyd edilən ərazidə yolun bağlanması xətlənmə işlərinin aparılması ilə əlaqədardır.

Qeyd olunan ərazidə nəqliyyatın hərəkəti təxminən gecə saat 02:00 radələrində bərpa olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə