Göygöl qışa hazırdır FOTO

Göygöl rayonunda yolların qardan və buzdan təmizlənməsinə hazırlıq işləri artıq yekunlaşıb. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, 21 saylı Yol İstismarı İdarəsi soyuq aylarda avtomobillərin hərəkətini təmin etmək məqsədi ilə bütün ehtiyat tədbirlərini həyata keçirib. İdarə tərəfindən 120 kub qum və 30 ton duz tədarük edilib. İdarədə artıq qərargah da yaradılıb. Qurum tərəfindən növbətçilik cədvəli tərtib edilib, sərt döngələrə malik olan avtomobil yollarının kənarlarına qum və duz tökülüb.

Qeyd edək ki, ümumilikdə 172 km yola xidmət göstərən 21 saylı Yol İstismar İdarəsində texnikalar tam hazır vəziyyətə gətirilib.

İlham Məmmədzadə

Bütün xəbərlər Facebook səhifəmizdə