Azərbaycan dövlətçiliyində Naxçıvan Muxtar Respublikasının rolu

Azərbaycan dövlətçiliyində Naxçıvan Muxtar Respublikasının rolu

Noyabrın 13-də Ukrayna Milli Elmlər Akademiyasının Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutunda "Azərbaycan dövlətçiliyində Naxçıvan Muxtar Respublikasının rolu" mövzusunda beynəlxalq "dəyirmi masa" keçiriləcək. Naxçıvan Muxtar Respublikasının 90 illiyinə həsr olunmuş tədbirin təşkilatçıları ölkəmizin Ukraynadakı səfirliyi və yuxarıda adıçəkilən nüfuzlu institutdur.

Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli və Ukrayna Milli Elmlər Akademiyasının Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutunun direktoru Andrey Kudryaçenko giriş sözü ilə "dəyirmi masa" iştirakçılarına müraciət edəcəklər./AzərTAc/

Bütün xəbərlər Facebook səhifəmizdə