Naxçıvan Dövlət Universitetinin (NDU) nəzdində fəaliyyət göstərən Heydər Əliyev universitetinin növbəti, 186-cı məşğələsi "Ulu öndər Heydər Əliyev Azərbaycan Konstitusiyasının memarıdır" mövzusuna həsr olunub. NDU-nun mətbuat şöbəsindən AzərTAc-a bildirilib ki, məşğələdə universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov Konstitusiyamızın tarixindən bəhs edərək, Ümummilli Liderin xalqın tələbi ilə respublikamızda ikinci dəfə hakimiyyətə gəldikdən sonra həyata keçirdiyi bir çox islahatlar haqqında danışıb.
Bildirilib ki, Azərbaycan xalqı özünün çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək, "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktında əks olunan prinsipləri əsas götürərək, ədalətin, azadlığın, təhlükəsizliyin və inkişafın bərqərar edilməsini istəyərək təntənəli surətdə ümumxalq səsverməsinə qoşulub və 12 noyabr 1995-ci il xalqımızın tarixinə qızıl hərflərlə yazılıb. Həmin gün tarixdə ilk dəfə olaraq müstəqil, suveren Azərbaycan xalqı özünün Konstitusiyasını qəbul edib.
Fəlsəfə və sosial iş kafedrasının müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Novruzəli Rəhimov vurğulayıb ki, Əsas Qanunun qəbulu cəmiyyət və dövlət həyatında demokratik dəyişikliklərə yol açıb, insan hüquq və azadlıqlarının qorunması üçün əlverişli şərait yaratmaqla həyatın bütün sahələrinin inkişafına təkan verib. Vurğulanıb ki, Konstitusiyanın qəbul edilməsindən sonra ölkəmizdə bütün sahələri əhatə edən genişmiqyaslı islahatlar nəticəsində böyük inkişaf və tərəqqiyə nail olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB