Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu (AzGF), Bakı Avropa Oyunlarının Əməliyyat Komitəsi (BEGOC) və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) birgə təşkilatçılığı ilə 9 Noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü ilə əlaqədar irimiqyaslı fləşmob keçirilib. SİA-nın məlumatına görə, "3 rəngin sehrinə şahid ol" şüarı altında Heydər Əliyev Mərkəzinin ərazisində 3000-dən çox tələbə - gəncin iştirakı ilə keçirilmiş fləşmobda iştirakçılar üzərində Azərbaycanın Dövlət Bayrağı və "Bakı 2015" İlk Avropa Oyunlarının loqosu əks olunmuş lövhələri birləşdirərək Azərbaycan Bayrağı və Avropa Oyunlarının loqosunun 936 m2 olçülü təsvirini yaradıblar.
Fləşmobun əsas məqsədi Azərbaycan bayrağı və Bakıda keçiriləcək ilk Avropa Oyunlarını dünya ictimaiyyətinə tanıtmaqdan ibarətdir.
Qeyd edək ki, fləşmobun video - çarxı AvroNyus (EuroNews) telekanalının "Şərhsiz" bölməsində və ATGTİ-nin rəsmi youtube kanalında (https://www.youtube.com/watch?v=SH6dXODFWc0&list=UUr25_JWBR9AdoEKrfWgr3_Q) yayımlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB