Bakıda yeniyetmə məhkumlar arasında bilik yarışı keçirilib. Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin ildönümü ərəfəsində ənənəvi olaraq Respublikamızda hər il keçirilən "Uşaq Hüquqları aylığı" çərçivəsində Tərbiyə müəssisəsində həyata keçirilən tədbirlər davam edir.
"İnsan hüquq və azadlıqlarının müdafiəsi" və "Yetkinlik yaşına çatmayan məhkumların hüquq və azadlıqlarının müdafiəsi" üzrə qəbul edilmiş beynəlxalq aktlara uyğun olaraq, noyabrın 10-da müəssisədə "Breyn-Rinq" intellektual bilik yarışı keçirilib.
Yarışda qalib gələn komandalara hədiyyələr təqdim olunub.





Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB