Bakıda beynəlxalq konfrans keçiriləcək

Bakıda beynəlxalq konfrans keçiriləcək

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi dövlət ailə siyasətinin möhkəmləndirilməsi, qadın və uşaq hüquqlarının müdafiəsi sahələri üzrə tədbirlərin gücləndirilməsi məqsədilə narkomaniya, insan alveri, erkən nikah, məişət zorakılığı, uşaq əməyi, küçə və baxımsız uşaqları, selektiv abortlarla və digər problemlərlə mübarizəni mütəmadi olaraq aparır. Komitənin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, əhalini məlumatlandırmaq məqsədilə komitə narkomaniya və onun fəsadları haqqında artıq bir neçə maarifləndirmə kampaniyaları keçirib.

24 iyun 2013-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı" təsdiq edilib. Dövlət proqramın 4.3.6-cı bəndində 2014-cü ildə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Xarici İşlər Nazirliyi və digər aidiyyəti orqanlar tərəfindən "Narkomanlığa düçar olmuş uşaqların və qadınların ailədə və cəmiyyətdə hüquqlarının müdafiəsi" mövzusunda beynəlxalq konfransın keçirilməsi tədbiri əks olunub. Tədbir 8 dekabr 2014-cü ildə keçiriləcək. Tədbirdə BMT-nin Narkotiklərlə və Cinayyət işləri üzrə ofisinin, Avropa Şurasının Pompidu qrupunun, Narkotiklərlə mübarizə üzrə Avropa İttifaqının monitorinq mərkəzi, Avropa Komissiyanın, UNICEF-in, ATƏT-in, İNTERPOL-un, Beynəlxalq Səhiyyə Təşkilatının, Almaniyanın, Böyük Britaniyanın, Fransanın dövlətlərin ekspertləri iştirak edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə