Nazir: “Bu işlər arasında ən başlıcası sosial əmək münasibətləridir”

Nazir: “Bu işlər arasında ən başlıcası sosial əmək münasibətləridir”

"Azərbaycanda Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın yaradılması artıq vacib məsələyə çevrilib. Çünki, Beynəlxalq Əmək Təşkilatının bununla bağlı üç konvensiyası və tövsiyələri var". SİA-nın məlumatına görə, bunu bu gün jurnalistlərə açıqlamasında Əmək və əhalinin sosial müdafiə naziri Səlim Müslümov deyib.

Onun sözlərinə görə, bu konvensiya və tövsiyyələr Azərbaycan tərəfindən ratifikasiya edilib: "Artıq Türkiyə, Rusiya, Ukrayna və Moldovada belə komissiyalar fəaliyyət göstərir. Üçtərəfli komissiyaların mövcudluğu, sosial-iqtisadi məsələlərin uzlaşdırılması, o cümlədən əmək haqqı siyasətinin düzgün həyata keçirilməsində, əməyin mühafizəsi, işçilərin sosial müdafiəsinin həyata keçirilməsi və digər sahələrdə hər üç tərəfin, yəni həm hökumətin, həm həmkarlar ittifaqı təşkilatlarının, həm də işçilərin və işəgötürənlərin fikirlərinin nəzərə alınması və maraqlarının balanslaşdırılması baxımından çox vacibdir".

Nazir qeyd edib ki, komissiyanın görəcəyi işlər hökumətə təqdim edilən layihədə əks olunub: "Bu işlər arasında ən başlıcası sosial əmək münasibətləridir. Düşünürəm ki, hər üç tərəfin nümayəndələri poritet əsaslarla komissiyada təmsil olunmaqla, razılaşdırılmış qərarların ortaya qoyulması üçün öz töhfələrini verəcəklər".

Bütün xəbərlər Facebook səhifəmizdə