Səbailli yeniyetmələr yola düşdülər FOTOLAR

Səbailli yeniyetmələr yola düşdülər FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən "Ölkəmizi tanıyaq" devizi ilə yeniyetmələrin respublikamızın müxtəlif rayonları ilə tanışlığı üçün təşkil olunmuş maarifləndirici tur-aksiyaların ikinci mərhələsi çərçivəsində Bakı şəhəri Səbail rayonundan olan 90 nəfər məktəblinin "Sahil bağı"nda Lənkəran, Masallı və Lerik rayonlarına yola salınması mərasimi keçirilib. Səbail rayon İcra Hakimiyyətindən SİA-ya verilən xəbərə görə, ilk əvvəl qrupların təşkili məsələləri həll olunub. Rayonun orta məktəblərində təhsil alan, öz təhsili və nümunəviliyi, ictimai həyatda fəallığı ilə fərqlənən şagirdlər seçilərək 2 qrupa ayrılıblar. Rayon İcra Hakimiyyətində yaradılan Qərargah tərəfindən hər bir qrupa rəhbər təyin olunub, müəllim, həkim və bələdçi təhkil olunub. Şagirdlər üçün xususi geyimlər və tələb olunan ləvazimatlar alınıb, turuş marşrutu, tədbir iştirakçıların qalacağı otellər və s. müəyyən olunub, qruplar nəqliyyat vasitələri ilə təmin olunublar. Təsdiq olunmuş proqrama əsasən Səbailli yeniyetmələr Lənkəran, Masallı və Lerik rayonlarının görməli yerlərində olacaq, həmin rayonların Heydər Əliyev Mərkəzlərini və parklarını, tarixi abidələri, tarix-diyarşünaslıq muzeylərini ziyarət edəcək, bölgə ilə yaxından tanış olacaqlar. Həmçinin şagirdlərin asudə vaxtlarının təşkili də nəzərə alınıb.

Yola salma mərasimində çıxış edən Səbail rayon İcra Hakimiyyətinin şöbə müdiri Pərvanə Kazımzadə şagirdlərə turun məqsədi barədə məlumat verib, ölkə başçısı İlham Əliyevin gənc nəslin tərbiyəsi, onların savadlı, vətənpərvər böyüməsi və fiziki inkişafı istiqamətində gördüyü işlərdən danışıb, bu kimi turların təşkilinin də həmin tədbirlər çərçivəsində olduğunu vurğulayıb. Qeyd olunub ki, cari ilin yay aylarında Səbail rayon İcra Hakimiyyətinin Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyinin Daxili Qoşunları ilə birgə layihəsi əsasında 350 nəfər yeniyetmə Quba və Qusar rayonlarında hərbi vətənpərvərlik təmayüllü "Gənc Heydərçilər" və "Şahinlər" yay istirahət düşərgələrində istirahətləri təşkil olunub ki, bu zaman həmin yeniyetmələr Quba və Qusar rayonları ilə yaxından tanış olublar. Bu səfərlər yeniyetmə və gənclərin bilik və savadının, dunya görüşünün artırılması istiqamətində mühüm bir tədbirlərdəndir.

Sonra məktəblilər Səbail rayon İcra Hakimiyyətinin qarşısında şəkil çəkdirib və Dövlət Yol Polisinin avtomaşınının müşayəti ilə yola salınıblar.

Turun planına uyğun olaraq yola salınan yeniyetmələr ilk olaraq YUNESKO-nun Dünya Mədəni İrs siyahısına daxil olunmuş Qobustan Milli Tarix-Bədii Qoruğuna və Şirvan Milli Parkına ekskursiya edəcək və daha sonra Masallı şəhərinə gedəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə