İranın xarici işlər nazirinin müavini Bakıya gələcək

İranın xarici işlər nazirinin müavini Bakıya gələcək

İran İslam Respublikasının xarici işlər nazirinin müavini İbrahim Rəhmpur noyabrın 12-də Bakıya səfərə gələcək. Səfərin məqsədi İran Prezidenti Həsən Ruhaninin Azərbaycana rəsmi səfərinə hazırlıq işləri ilə əlaqədardır. İ.Rəhmpur Azərbaycanlı həmkarı Xələf Xələfovla görüşəcək. Görüşdə ikitərəfli əlaqələrin inkişafı müzakirə ediləcək.

Rabil Kətanov, AzərTAc

Bütün xəbərlər Facebook səhifəmizdə