Sabah Bakıda 17 dərəcə isti olacaq

Sabah Bakıda 17 dərəcə isti olacaq

Sabah noyabrın 11-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumata görə, Bakıda gecə 8-10 dərəcə isti, gündüz 15-17 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək - 767 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə və axşam 85-95 faiz, gündüz 60-70 faiz təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Temperaturun gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 13-18 dərəcə isti olacağı ehtimalı var.

Yuxarı Qarabağ - Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Temperaturun gecə 0-5 dərəcə isti, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir.

Qazax,Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz olacaq. Temperaturun gecə 2-7 dərəcə isti, gündüz 12-17 dərəcə isti olacağı ehtimalı var. Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında Havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı gözlənilir. Temperaturun gecə 3-8 dərəcə isti, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacağı ehtimalı var.

Mərkəzi-Aran - Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında Havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər duman, bəzi cənub rayonlarında isə çiskin olacağı ehtimalı var. Temperaturun gecə 5-10 dərəcə isti, gündüz 14-19 dərəcə isti olacağı gözlənilir. Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında Gecə və səhər bəzi yerlərdə yağış yağacağı, gün ərzində havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Temperaturun gecə 7-10 dərəcə isti, gündüz 14-17 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə isti, gündüz 9-14 dərəcə isti olacağı ehtimalı var.

Bütün xəbərlər Facebook səhifəmizdə