Sumqayıtın bir qrup gənci Bayraq Günündə bir araya gəldi FOTOLAR

Sumqayıtın bir qrup gənci Bayraq Günündə bir araya gəldi FOTOLAR

Sumqayıtın bir qrup gənci Dövlət Bayrağı Gününü birgə qeyd ediblər. SİA-nın məlumatına görə, xeyli sayda gənc Sumqayıt şəhərində yerləşən Bayraq meydanına yürüş edib.

Gənclər Bayraq meydanına gələrək, Azərbaycanın müstəqilliyinin rəmzi sayılan bayrağa öz ehtiramını ifadə ediblər. Burada onlara Azərbaycanın dövlətçilik tarixindən, üçrəngli bayrağımızın yaranma zərurətindən və dövlətin mövcudluğunda oynadığı roldan söhbət açılıb.

Tədbirə bayraqla qoşulanların diqqətinə çatdırlıb ki, şəhidlərimizin müstəqilliyimizin rəmzi sayılan bayrağımızın yaşadılmasında əvəzsiz payı var. Bildirilib ki, Azərbaycanın müstəqilliyi on minlərlə şəhid qanı bahasına əldə edilib.

Qeyd olunub ki, hər bir xalq üçün ən ali nemət sayılan müstəqilliyi saxlamaq əldə etmək qədər çətin vəzifədir. Vurğulanıb ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin qarşısında inşa olunan Bayraq meydanında dalğalanan bayrağın hündürlüyü 80 metrdir. 18 min kvadratmetr ərazidə salınan meydan dövlət başçısı İlham Əliyevin sərəncamına əsasən inşa olunub.

Tədbir gənclərin yürüşü ilə yekunlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə