BŞBPİ: "Aksiyada 700 nəfər iştirak edib"

BŞBPİ: "Aksiyada 700 nəfər iştirak edib"

Bakı şəhər Baş Polis İdarəsi (BŞBPİ) Demokratik Qüvvələrin Milli Şurasının bu gün keçiridyi aksiya ilə bağlı məlumat yayıb. BŞBPİ-dən SİA-ya daxil olan məlumata görə, Yasamal rayonundakı "Məhsul" stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib: " Saat 15.00-dan 17.00-dək davam edən toplantıda həmin quruma daxil olan AXCP, İslam, həmçinin Müsavat, Xalq partiyalarının, eləcə də bir sıra digər müxalifətyönümlü qeyri-hökumət və gənclər təşkilatlarının ümumi sayı 700 nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib. İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması hallarına yol verilməyib".

Bütün xəbərlər Facebook səhifəmizdə