“Gənclər Evi” “Könüllülər Klubu” xüsusi video-çarx hazırlayıblar

“Gənclər Evi” “Könüllülər Klubu” xüsusi video-çarx hazırlayıblar

Azərbaycan Gənclik, Mədəniyyət, İncəsənət və Elm Evi" Gənclik Sosial İnkişaf Proqramı (GƏNCLƏR EVİ) Layihəsi çərçivəsində fəaliyyət göstərən "Könüllülər Klubu" 9 Noyabr Milli Bayraq gününə həsr olunmuş xüsusi video-çarx hazırladılar. Çəkilişdə 50-ə yaxın könüllü iştirak edib. SİA-nın əldə etdiyi məlumata görə, ilk olaraq "Gənclər Evi"ndə könüllülərin və qonaqların iştirakı ilə Milli Bayraq Gününə həsr olunmuş qısa təqdimat keçirilib.

Təqdimat Azərbaycanın Dövlət Himni ilə başlayıb. Təqdimat əsnasında qonaqlara bayrağın tarixi, nizamnaməsi, qanunları, simvolları, əsasnamələr haqqında geniş məlumat verilib. Könüllər hazırladıqları və üzərində bayraq əks olunan xususi yaxacıqları bir-birlərinə təqdim ediblər.

Daha sonra könüllərin təşəbbüsü ilə bayraqlar və bayraq rənglərini əks etdirən şarlarla Dənizkənarı Bulvar ərazisindən Dövlət Bayraq meydanına qədər maarifləndirici yürüyüş ediblər. Yürüyüş Bayraq Meydanında şarların havaya buraxılması ilə başa çatıb.

"Gənclər Evi" könüllüləri şəhər sakinlərinə yaxınlaşaraq onları 9 Noyabr Milli Bayraq günü münasibətilə təbrik edib, hazırladıqları və üzərində bayraq əks olunmuş xususi yaxacıqları və bayraqları onlara təqdim ediblər.

Qeyd edək ki, "Gənclər Evi" Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə fəaliyyət göstərir.

Bütün xəbərlər Facebook səhifəmizdə