Lənkəranda Heydər Əliyev Mərkəzində Bayraq günü ilə bağlı tədbir keçirilib

Lənkəranda Heydər Əliyev Mərkəzində Bayraq günü ilə bağlı tədbir keçirilib

Lənkəran şəhər Heydər Əliyev Mərkəzində Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirilib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, Iştirakçılar öncə H.Əliyevin büstünü ziyarət etmiş sonra ulu öndərin ictimai-siyasi fəaliyyətini canlandıran memorial muzeylə tanış olublar. Tədbiri giriş sözü ilə Mərkəzin direktoru S.Şəfiyeva açaraq iştirakçıları bayram münasibəti ilə təbrik etmiş və bu əlamətdar günün əhəmiyyətindən danışıb Sonra Mərkəzin baş mühafizi A.İbrahimovanın "Azərbaycanda dövlət atributları siyasi prioritet sahə kimi" mövzusunda məruzə ilə çıxış edib. Natiq çıxışında bildiib ki, hər bir xalqın qürur mənbəyi və iftixarı, hər bir dövlətin müstəqilliyinin əsas atributlarından və simvollarından olan bayraq Azərbaycan xalqı üçün də müqəddəsdir. Başımız üzərində dalğalanan üçrəngli bayrağımız ilk dəfə 1918-1920-ci illərdə Azərbaycan Xalq Cumhuriyyətinin bayrağı kimi təsdiqlənib.

Hələ SSRİ dövründə, 1990-cı il noyabrın 17-də milli bayrağımız ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Ali Məclisində Muxtar Respublikanın bayrağı kimi qəbul edilib. Eyni zamanda, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət bayrağı kimi tanınması barədə vəsatət qaldırıb. 1991-ci il fevralın 5-də Azərbaycan SSR Ali Soveti həmin vəsatətə baxmış və bu bayrağın Azərbaycanın dövlət bayrağı kimi qəbul olunması haqqında qərar çıxarıb.

Prezident İlham Əliyev 2007-ci il noyabrın 17-də "Dövlət Bayrağı Meydanının yaradılması barədə", 2009-cu il noyabrın 17-də isə "Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında" sərəncamlar imzalayıb. Dövlət Bayrağı Gününün təsis edilməsi Azərbaycan Prezidentinin müstəqilliyimizə, dövlətimizin atributlarına verdiyi dəyərin bariz nümunəsidir.

Sonda iştirakçılar Azərbaycan bayrağına həsr olunmuş filmlə tanış olubar.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə