Noyabrın 8-i Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun "Fikir şənbəsi" Klubunda Milli Bayraq Günü qeyd edilib. Azərbaycanda ali təhsil alan müxtəlif xarici ölkə tələbələrinin qatıldığı tədbirin qonağı Milli qəhrəman Vahid Quliyev olub. SİA-nın Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun İnformasiya Təminatı sektorundan aldığı məlumata görə, Bilik Fondunun icraçı direktoru Oktay Səmədov bildirib ki, dövlət bayrağmız mənəviyyatımızın formalaşmasında mühüm atributdur. Bayraq xalqın tapındığı ən müqəddəs dəyərlərdən olduğuna görə, onun uğrunda canımızdan keçirik.
Milli qəhrəman Vahid Quliyev iştirakçılara keçdiyi döyüş yolundan danışıb. O, deyib ki, bayraq, Vətən, xalq uğurunda canından keçməyə, işğal olunmuş torpaqlarımızın azadlığı yolunda düşmənə qarşı vuruşmağa hazırdır.
Tədbirdə Türkiyə, Türkmənistan, Pakistan, Misir, İtaliya, Rusiya, Ukrayna, ABŞ, Venesuela, Vyetnam və Çindən olan tələbələr öz milli bayraqlarından təqdim edib, dövlət atributlarının mənasınını açıqlayıblar.
1918-ci il mayın 25-i Nuru Paşanın rəhbərliyi altında Gəncəyə daxil olmuş Qafqaz İslam Ordusunun döyüş bayrağını aşkara çıxardığını xatırladan tanınmış Jurnalist Nicat Hüseyn Dağların məlumatı maraqla qarşılanıb.
Tədbirdə "Fikir şənbəsi" Klubunun iştirakçıları Azərbaycan himnini oxuyublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB