"Azəriqaz" İstehsalat Birliyi tərəfindən "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" və "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" çərçivəsində respublikanın hər yerində qaz təchizatının yaxşılaşdırılması, əhalinin mavi yanacaqla fasiləsiz və keyfiyyətli təminatı məqsədi ilə mühüm işlər görülür. Yeni qaz kəmərlərinin çəkilişi, istismara yararsız qaz xətlərinin dəyişdirilməsi istiqamətində fəaliyyət genişləndirilib. Birliyin bu istiqamətdə həyata keçirdiyi proqrama əsasən ölkənin qaz təchizatı sistemində mövcud olan bir sıra problemlər həllini tapıb. Bu barədə SİA-ya Azəriqaz" İstehsalat Birliyi tərəfindən məlumat verilib.
Birlikdən bildirilib ki, bu ilin 9 ayı ərzində Bakı şəhərinin rayonlarının qaz təchizatının yaxşılaşdırılması, qaz kəmərlərinin yenidən qurulması məqsədilə 137,4 km yeni boru xətti çəkilib, 132,6 km boru xətti isə əsaslı təmir olub. Paytaxtla yanaşı, ölkənin regionlarında da qazlaşdırma və qaz təchizatının yaxşılaşdırılması işlərinə xüsusi diqqət ayrılıb. Cari il ərzində regionların qaz təchizatının yaxşılaşdırılması və qazlaşdırılması məqsədi ilə 1072,2 km yeni qaz xətləri çəkilib, 150,1 km uzunluğunda qaz xətləri isə əsaslı təmir olunub. Eyni zamanda 31 yaşayış məntəqəsi təbii qazla təmin edilib.
Birlik payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışır. Təbii qazdan və qaz cihazlarından təhlükəsiz istifadəsinin təmin olunması məqsədi ilə istehlakçıların mənzillərində keyfiyyətli texniki baxış keçirilməsi üçün Bakı şəhəri və Abşeron rayonu ərazisində 153 ştat vahidi olan Qaz kəmərlərinə və cihazlarına texniki xidmət sahəsi yaradılıb. Sahənin mühəndislərinin əsas vəzifələri isə qaz kəmərlərinə qeyri-qanuni birləşmələrə, mənzildaxili qaz kəmərlərinin, cihazlarının, qurğularının yerinin və sayının dəyişdirilməsinə nəzarət etmək və abonentlərə təbii qazdan istifadə qaydaları barədə təlimat verməkdən ibarətdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB