Bu gün Bakı Metropoliteni işçilərinin peşə bayramı günüdür. SİA-nın xəbərinə görə, Prezident İlham Əliyevin 2006-cı ildə imzaladığı sərəncama əsasən hər il noyabrın 8-i metropoliten işçilərinin peşə bayramı günü kimi qeyd olunur. Bakı Metropoliteninin istismar tarixi 1967-ci il noyabrın 6-dan başlanır. Həmin tarixdə Bakı şəhərində metropolitenin Bakı Soveti-Nərimanov sahəsində 5 stansiyalıq 1-ci növbəsi istismara verilib. 1967-ci il noyabrın 25-dən metropolitenin daimi istismarı və qatarların müntəzəm hərəkəti başlanıb. Bu, SSRİ-də beşinci, Yaxın Şərqdə isə ilk yeraltı elektrik dəmir yolu idi.
1969-cu ildə Heydər Əliyevin Azərbaycan KP MK-nın birinci katibi seçilməsi ilə Bakı Metropoliteninin tikintisi tarixində yeni mərhələnin başlanğıcı qoyulub. Ümummilli Liderin hakimiyyətə ikinci dəfə qayıdışından sonra isə metropolitenin həyatında növbəti mərhələ başlanıb. Beş stansiya istisna olmaqla, qalan stansiyaların tikintisi məhz Ulu Öndərin adı ilə bağlıdır. Bu gün Umummilli Lider Heydər Əliyevin metropolitenə və metro işçilərinə qayğısı Prezident İlham Əliyevin timsalında davam edir. Hazırda ölkədə digər sahələrlə yanaşı metro tikintisi də diqqət mərkəzindədir. Şəhər nəqliyyatının 30 faizini təşkil edən Bakı Metropoliteninin inkişaf planına əsasən 2030-cu ilədək metro stansiyaların sayı 76-a, istismar xətlərinin uzunluğu isə 119 kilometrə çatdırılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB