Xəzərdə zəlzələ olub

Xəzər dənizində zəlzələ baş verib. Respublika Seysmoloji Xidmət Mərkəzindən SİA-ya verilən xəbərə görə, zəlzələ noyabrın 7-i, yerli vaxtla 23.55-də qeydə alınıb.

Yeraltı təkanların maqnitudası 3.2, dərinliyi 45 km olub. Zəlzələ hiss olunmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə