Erməni təxribatına azərbaycanlı tələbələrdən növbəti etiraz

Erməni təxribatına azərbaycanlı tələbələrdən növbəti etiraz

Böyük Britaniyada təhsil alan azərbaycanlı tələbələr Londonda keçirilən "Dünya Səyahət Bazarı - 2014" (World Travel Market-2014) ənənəvi turizm sərgisinin son günündə ölkəmizin işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin təqdimatı ilə əlaqədar Azərbaycan səfirliyinin təşəbbüsü ilə növbəti dəfə Ermənistan stendinin qarşısında səssiz aksiya təşkil ediblər. Azərbaycan bayraqlarını əllərində tutan tələbələr Ermənistanın stendi qarşısında dayanaraq həqiqətə uyğun olmayan reklam xarakterli məlumatlara səssiz etirazlarını bildiriblər. Aksiyanın məqsədi işğalçı ermənilərə həqiqəti gizlətməyin nəzərdən qaçmadığını başa salmaq, təxribata davam ediləcəyi təqdirdə genişmiqyaslı addımların atılacağını bildirmək olub.

Orxan İsmayılov, AzərTAc

Bütün xəbərlər Facebook səhifəmizdə