Mingəçevirdə əmək yarmarkası keçirilib

Mingəçevirdə əmək yarmarkası keçirilib

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bölgələrdə keçirilən əmək yarmarkaları noyabrın 7-də Mingəçevir şəhərində davam etdirilib. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, yarmarkada işsiz və iş axtaran vətəndaşlara şəhər ərazisində fəaliyyət göstərən 36 müəssisə üzrə 201 boş (vakant) iş yeri təqdim edilib. Təqdim olunan boş iş yerlərinin 123-ü qulluqçu, 78-i fəhlə peşələri üzrə olub. Tədbirə çıxarılan boş iş yerlərində əmək haqqı 105-715 manat arasında dəyişib. Yarmarkada boş iş yerləri təqdim edən müəssisələrin nümayəndələri də iştirak edib. Tədbirin nəticəsi kimi 54 nəfərə boş iş yerlərinə göndəriş verilib, o cümlədən sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən 2 nəfər kvota üzrə ayrılmış iş yerlərinə göndərişlə təmin edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə