Kənd təsərrüfat naziri Heydər Əsədov noyabrın 7-də Xaçmaz şəhərindəki Tarix Diyarşünaslıq Muzeyində Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarından olan vətəndaşları qəbul edib.nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, müraciətlərin əksəriyyəti suvarma sistemində yaranan problemlər, subsidiyaların miqdarı, kənd təsərrüfatı texnikasının güzəştli kreditlər hesabına alınması, toxumçuluğun inkişaf etdirilməsi, heyvanlar arasında yaranan xəstəliklər və işlə təminat ilə bağlı olub.
Qəbul zamanı vətəndaşların qaldırdıqları bir çox məsələlər yerindəcə həll edilib, nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydə alınaraq nəzarətə götürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB