Əhliman Əmiraslanov: “Putyovkaların bölüşdürülməsində ədalətsizliyə yol verilir”

Əhliman Əmiraslanov: “Putyovkaların bölüşdürülməsində ədalətsizliyə yol verilir”

"Milli Məclisin Sosial siyasət komitəsinin bu gün keçirilən iclasında sanatoriya-kurort müalicə xidmətləri haqlarının artırılması ilə bağlı müzakirələr aparılıb. SİA-nın məlumatına görə, iclasda gələn ilin dövlət büdcəsində bu xidmətlərlə bağlı Dövlət Sosial Müdafiə Fondundan 13,4 milyon manat vəsaitin ayrılacağı bildirilib.

Müzakirələr zamanı Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bu məbləğin ötən ilə nisbətən 2,2 faiz artdığını qeyd edib: "Bu məsələdə artımın olması müsbət haldır. Amma indiki bazara baxanda, görmək olar ki, bu rəqəm tələbatı ödəmir, həcmi artırılmalıdır".

Təklifi dəstəkləyən komitə üzvü. millət vəkili Əhliman Əmiraslanov bildirib ki, bu sahəyə ayrılan vəsaitin artırılması ilə yanaşı, onun xərclənməsinə nəzarəti də gücləndirmək lazımdır: "İstirahətə göndərdiyimiz şəxslər üçün putyovkalara, sanator-kurort göndərişlərinə ayrılan vəsaitlərin necə istifadə olunmasına nəzarət gücləndirilməlidir. Çünki istirahət yerinə göndərilən insanlar üçün bu göndərişlərin ədalətli bölgüsündə problemlər var. Ədalət prinsipinin bərpa olunması üçün nəzarət mexanizmi olmalıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə