Pensiyaçılara şad xəbər!

"Dövlət Sosial Müdafiə Fondunun gələn il üçün xərclərinin büdcəsi 3 milyard 56 milyon manat olacaq". SİA-nın məlumatına görə, bu barədə Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev məlumat verib.

Onun sözlərinə görə, bu göstərici 2014-cü il dövlət büdcəsi ilə müqayisədə 27,8 milyon yaxud 4.4 % çoxdur: "Gələn il fonddan transferlərin həcmi 1 milyard 100 milyon manat nəzərdə tutulub. Bu da 2014-cü illə müqayisədə 42 milyon manat azdır".

E.Mehdiyev deyib ki, pensiyaların plastik kartlarla ödənilməsinə başlanılmasından bu günə qədər bankomatların sayının artırılması fondun diqqət mərkəzindədir: "Dövlət Sosial Müdafiə Fondu hər 6 aydan bir müvəkkil bankların yerli şöbələri ilə dislokasiya yerlərinin monitorinqini keçirir. Biz bu monitorinqlər zamanı yeni dislokasiya yerlərini müəyyən edərkən müvəkkil banklara yeni bankomatlarını quraşdırılması ilə bağlı təkliflərimizi veririk. Artıq müvəkkil banklardan olan Beynəlxalq Bank tərəfindən 300 bankomatın quraşdırılması nəzərdə tutulur. Yəni, həm yeni bankomatlar quraşdırılacaq, həm də köhnələri yeniləri ilə əvəz olunacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə