Məlum olduğu kimi, bu ilin dekabr ayının 23-də Azərbaycanda növbəti bələdiyyə seçkiləri keçiriləcək. Bələdiyyə seçkilərinə hazırlıq işləri Yeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilatları tərəfindən də uğurla davam etdirilir.
Yeni Azərbaycan Partiyasının Qobustan rayon təşkilatının sədri Füzuli Gülalıyev bildirib ki, rayon təşkilatında seçkilərə hazırlıqla bağlı seçki qərargahı, o cümlədən, təbliğat-təşviqat qrupu yaradılıb və hazırda onlar işlərini yüksək keyfiyyətlə həyata keçirməkdədir. Bələdiyyə seçkiləri ilə bağlı keçirilən ümumrespublika müşavirəsində partiyanın İcra Katibliyi tərəfindən verilən tövsiyə və tapşırıqlar tam məsuliyyətlə yerinə yetirilməkdədir. Yeni Azərbaycan Partiyası Qobustan rayon təşkilatı tərəfindən 16 bələdiyyə üzrə namizədliyi irəli sürülmüş 142 nəfər bələdiyyə üzvlüyünə namizədlərin müdafiəsi üçün seçici imzalarının toplanması işi uğurla başa çatdırıldı. Bu kampaniyanın gedişində YAP Qobustan rayon təşkilatının Cəmcəmli, Sündü, Xilmilli, Poladlı, Ərəbqədim, Təklə-Mirzəbaba ilk təşkilatlarının fəalları daha yaxşı iştirak ediblər.
YAP Qobustan rayon təşkilatında seçkilərlə bağlı işlərə gənclər cəlb olunub və onların hər birinə müvafiq tapşırıqlar verilib. F.Gülalıyev vurğulayıb ki, YAP rayon təşkilatında hər gün mühüm iş aparıldığı müşahidə olunur. Seçki qərargahının üzvləri ilə birgə mütəmadi olaraq iclaslar keçirilir, görülən işlər gündəlik müzakirə olunur".
F.Gülalıyev əmin olduğunu bildirib ki, bu dəfə də YAP Qobustan rayon təşkilatı ən yüksək göstəricilərlə seçkini başa vuracaq. İmza vərəqələrindəki imzalar səlahiyyətli nümayəndələr tərəfindən yoxlanıldı. İmza vərəqələri 50 saylı Abşeron-Qobustan Dairə Seçki Komissiyasına təhvil veriləcək.
Füzuli Gülalıyev sonda vurğulayıb ki, namizədlərin imzatoplama kampaniyası başa çatdıqdan sonra qanunvericiliyə müvafiq olaraq digər işlərə, o cümlədən, təbliğat-təşviqat kampaniyasına başlanacaq.
Orxan Vahidoğlu, "İki sahil"
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB