Yaponiya hökumətinin "Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardım Proqramı" çərçivəsində Samux rayonunun Qovlarsarı kəndində yeni tibb məntəqəsi inşa olunacaq. AzərTAc xəbər verir ki, noyabrın 6-da Samux Rayon İcra Hakimiyyətində bununla bağlı müqavilənin imzalanmasına həsr edilmiş mərasim keçirilib. Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Tsuquo Takahaşi məlumat verib ki, bu, təmsil etdiyi ölkənin Samux rayonunda sayca ikinci layihəsidir.
Rayon icra hakimiyyətinin başçısı Alı Qocayev Yaponiya hökumətinə Azərbaycanda, o cümlədən Samux rayonunda həyata keçirdiyi layihələrə görə minnətdarlığını bildirərək, ümumi dəyəri 103 min ABŞ dolları olan bu layihənin qısa müddətdə icra olunacağına əminliyini ifadə edib.
"Samux rayonunun Qovlarsarı kəndində tibb məntəqəsinin tikintisi" layihəsi üzrə müqaviləni Yaponiyanın Azərbaycandakı səfiri Tsuquo Takahaşi və "Gənc liderlər" təşkilatının sədri Səbinə Ələkbərova imzalayıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB