BMT: "Humanitar təşkilatlar qaçqınların sayının artmasının öhdəsindən gələ bilmirlər"
BMT-nin Qaçqınlar məsələsi üzrə ali komissarı Antoni Quterreş "İndependent" qəzetinə müsahibəsində bildirib ki, beynəlxalq humanitar birlik bütün dünyanı bürümüş münaqişələr ucbatından öz ölkələrini tərk etməyə məcbur olan qaçqınların sayının hədsiz artmasının öhdəsindən gələ bilmir. "Məncə açıq etiraf etməliyik ki, humanitar birlik öz imkanlarının son həddinə çatıb. Maliyyə vəsaitləri çatışmır, vəziyyətə uyğun hərəkət etmək imkanları tükənib", - deyən Quterreşin sözlərinə görə, yaxın vaxtlarda humanitar təşkilatlar zərərçəkmişlərə hətta minimum kömək də göstərə bilməyəcəklər.
Quterreş müsahibəsində deyib: "Görünür, dünyada münaqişələrin qarşısını almaq, habelə onları həll etmək imkanı itirilib. Aşkardır ki, dünyanın istənilən yerində hər kəs münaqişə törədə bilər və bu münaqişələrin sonu görünmür. Bəzi siyasi liderlər inanırlar ki, onlar münaqişəyə başlaya bilərlər, çünki sonradan humanitar təşkilatlar gəlib qayda yaradacaqlar. Biz daha bunu edə bilmərik".
BMT-nin məlumatına görə 2011-ci ildə dünyada 14 minə yaxın qaçqın vardı, 2012-ci ildə bu rəqəm artaraq 23 minə, keçən il təxminən 32 minə çatıb. Quterreşin sözlərinə görə 2014-cü ildə qaçqınların sayı xeyli arta bilər. Suriya, İraq, Liviya, Yəmən, Cənubi Sudan və Mərkəzi Afrika Respublikası kimi ölkələrdəki münaqişələr daha çox problemlər yaradır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB