Sumqayıtda Bayraq Günü qeyd edilib

Sumqayıtda Bayraq Günü qeyd edilib

Bu gün Sumqayıtda artıq ənənə halını almış Bayraq Günü bayramı şəhərin Bayraq meydanında qeyd edilib. SİA-nın məlumatına görə, şəhər sakinlərinin, həmçinin şəhər rəhbərliyinin və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə Ailə xoru geniş tərkibdə musiqili proqramla çıxış edib. Valideynlərdən və uşaqlardan ibarət xorun çıxışı insanlarda xoş təssüratlar yaradıb.

Tədbirdə iştirak edən digər musiqiçilərin çıxışından sonra məktəblilərin təntənəli hərbi keçidi olub.

Bütün xəbərlər Facebook səhifəmizdə