Yaxın 2-3 gün ərzində Azərbaycanda hava şəraiti mülayim, əsasən yağmursuz keçəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən xəbərə görə, noyabrın 7-də Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu hava şəraiti hökm sürəcək, əsasən yağmursuz olacaq. Səhər və axşam bəzi yerlərdə zəif duman gözlənilir. Səhər şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəzlənəcək.
Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 3-6, gündüz 10-15 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq, gecə və səhər bəzi yerlərdə duman gözlənilir, Lənkəran-Astara zonasında çiskin olacaq. Qərb küləyi əsəcək.
Aran rayonlarında havanın temperaturu gecə 0-5, gündüz 11-16 dərəcə isi, dağlarda gecə 0-5 dərəcə şaxta 5-10 dərəcə isti proqnozlaşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB