Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti (DYNX) Xaçmaz, Quba və Şabran rayonlarında "Payız-qış mövsümündə yanğın təhlükəsizliyi tədbirləri: yerli icra hakimiyyəti orqanları və qurumlar qarşısında duran vəzifələr" mövzusunda seminar-müşavirələr keçirib. FHN DYNX-dan SİA-ya verilən məlumata görə, seminar-müşavirələrdə mənzil-kommunal təsərrüfatı birlikləri, mənzil-kommunal istismar sahələri, bələdiyyə qurumları, qaz istismar, enerji təchizatı və satışı idarələrinin nümayəndələri, təhsil və səhiyyə işçiləri iştirak ediblər.
Seminar-müşavirələrdə maarifləndirici tədbirlərə geniş yer verilib, "Qaz təsərrüfatı: yanğın, partlayış, zəhərlənmə təhlükəsindən necə mühafizə olunmalı", "Elektrik təsərrüfatı ilə bağlı yanğın təhlükəsizliyi tədbirləri" mövzusunda çıxışlar dinlənilib, habelə "Dəm qazından ehtiyatlı olun!" adlı qısametrajlı film nümayiş etdirilib.
Seminar-müşavirə iştirakçılarına əhali arasında yanğına qarşı təbliğat işində istifadə olunması üçün Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən nəşr etdirilən yanğın təhlükəsizliyi qaydalarını təbliğ edən plakat və yaddaş vərəqələri paylanılıb.

.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB