Naxçıvan qış mövsümünə tam hazırdır

Naxçıvanın qaz təsərrüfatı payız-qış mövsümünə tam hazırdır
Naxçıvan qış mövsümünə tam hazırdır

Muxtar respublikanın yaşayış məntəqələrinin və istehsalat sahələrinin təbii qazla fasiləsiz təminatı istiqamətində görülən mühüm tədbirlər nəticəsində payız-qış mövsümünə hazırlıq işləri tamamlanıb. "Naxçıvanqaz" İstehsalat Birliyinin mətbuat xidmətindən bildiriblər ki, hazırlıq işləri çərçivəsində ərazilər üzrə bütün sistem boyu xətti nəzarət və texniki baxış keçirilib, yararsız vəziyyətdə olan 4 min 802 qaz sayğacı yenisi ilə əvəz olunub.

Avtomat qazpaylayıcı stansiyalarda avadanlıqlara texniki xidmət işləri qrafik üzrə müəyyən olunan vaxtlarda aparılıb. Qazın tozdan və başqa mexaniki qarışıqlardan təmizlənməsi üçün seperator və süzgəclərə, habelə bağlayıcı avadanlıqlara, təzyiq tənzimləyicilərinə, qoruyucu-atıcı-ayırıcı qapaqlara, qaz sərfini ölçən cihazlara, elektrokimyəvi mühafizə qurğularına və texnoloji avadanlıqlara zəruri texniki xidmət göstərilib, istismara yararsız detal və hissələr yeniləri ilə əvəzlənib.

Oktyabr ayı ərzində yeni tikilən 142 evə və digər obyektlərə qaz xətləri çəkilib.

Bütün xəbərlər Facebook səhifəmizdə