Bakıda Polşanın Müstəqillik Günü qeyd ediləcək

Bakıda Polşanın Müstəqillik Günü qeyd ediləcək

Noyabrın 11-i Polşa Respublikasının Müstəqillik Günüdür. Bu münasibətlə noyabrın 12-də Rəşid Behbudov adına Mahnı Teatrında Polyak Musiqisi Günləri çərçivəsində konsert olacaq.

Konsert Polşa Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi və "PianoClassic" cəmiyyəti tərəfindən təşkil edilib.

Səfirlikdən verilən məlumata görə, konsertdə polşalı məşhur pianoçu Mariana Sobulanın ifasında Şopen, Paderevski və Beletskinin əsərləri səslənəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə