Dünən Bakının Xətai rayonunda Babək prospekti ilə Telnov küçəsinin kəsişməsindəki yolda baş verən çökmənin səbəbi məlum olub. Bunu SİA-ya açıqlamasında Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib.
Onun sözlərinə görə. çökən yolun yanında ayrıca zolaq olduğundan bu hissədən su axmağa başlayıb: " "Azərsu" ASC-nin əməkdaşları hadisə yerində araşdırma aparıblar. Məlum olub ki, həmin ərazidən iki ədəd 700 mm diametrlik su borusu keçir. Boruların biri-birinə qaynaq olunan hissəsində çat olduğu aşkarlanıb. Bu çatdan su axaraq, yolun torpaq yatağını yuyub və yolun çökməsinə səbəb olub",
Qurum rəsmisi onu da qeyd edib ki, hazırda problemin aradan qaldırılması istiqamətində iş gedir.
Xatırladaq ki, qeyd edilən ərazidə yol ötən gün çöküb. Hadisə baş verəndən sonra "Azəryolservis" ASC-nin müvafiq müəssisələri tərəfindən yolun həmin hissəsinə müvəqqəti olaraq lazımi material doldurulub. Yolun çökməsi nəticəsində həmin ərazidə böyük tıxac yaranıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB