Arif Rəhimzadə: "Bələdiyyələrə ayrılan vəsaitin həcmi artırılmalıdır" təklif

Arif Rəhimzadə: "Bələdiyyələrə ayrılan vəsaitin həcmi artırılmalıdır" təklif

"Artıq 3 ildir ki, dövlət büdcəsindən bələdiyyələrə ayrılan vəsaitlərdə heç bir dəyişiklik yoxdur. Belə ki, bələdiyyələrə bu illər ərzində 5,2 milyon manat ayrılıb və bu rəqəm hələ də dəyişilməyib. Hesab edirəm ki, bələdiyyələrə ayrılan vəsaiti 2 dəfə artırsanız belə, bu, heç də bələdiyələrin fəaliyətini yaxşılaşdırmaq üçün böyük məbləğ olmaz". SİA-nın xəbərinə görə, bu fikirləri Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə 2015-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı çıxışında deyib.

Komitə sədri hesab edir ki, bu rəqəm hər dəfə artmalıdır: "Bələdiyyələrin fəaliyyətinə bu cür qiymət vermək yerli özünüidarəetmə orqanlarının işini kifayət qədər qiymətləndirməməkdən irəli gəlir. Bələdiyyələr Azərbaycanda vətəndaş cəmiyyətinin yaradılmasının əsas amillərindən biridir. Odur ki, mövcud problemi hər dəfə qabartsaq da, bu barədə konkret rəqəmə gəldikdə isə heç bir nəticə görə bilmirik".

Bütün xəbərlər Facebook səhifəmizdə