Baş İdarə mükafatlandırma mərasimi keçirəcək

Baş İdarə mükafatlandırma mərasimi keçirəcək

Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən 6 noyabr 2014-cü il tarixdə, saat 12:00-da Gəncliyə Yardım Fondunda "9 noyabr – Dövlət Bayrağı günü" münasibəti ilə konfrans və Bakı şəhərində yerləşən orta ümumtəhsil müəssisələrinin şagirdləri arasında "Mənim bayrağım" mövzusunda keçirilən inşa-yazı və şeir müsabiqələrinin qaliblərinin mükafatlandırma mərasimi keçiriləcək. SİA-nın məlumatına görə, tədbirin keçirilməsində məqsəd Azərbaycan Dövlət Bayrağı gününun geniş qeyd edilməsi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 iyul 2011-ci il tarixli sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının 6.2.7-ci bəndinin icrası, orta ümumtəhsil məktəblərinin şagirdləri arasında vətənpərvərlik və vətəndaşlıq hisslərinin gücləndirilməsi, Azərbaycan xalqının çoxəsrlik dövlətçilik ənənələrinin davam etdirilməsinə nail olmaq, yeniyetmə və gənclər arasında Dövlət Atributlarının təbliği, istedadlı şagirdlərin şeir və inşa-yazı sahəsində öz yaradıcılıqlarını nümayiş etdirmək üçün şəraitin yaradılmasından ibarətdir.

Bütün xəbərlər Facebook səhifəmizdə