Yaxın 2-3 gün ərzində Azərbaycanda havanın temperaturu tədricən yüksələcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan SİA-ya verilən məlumata görə, noyabrın 6-da Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək, hava əsasən yağmursuz olacaq. Səhər və axşam bəzi yerlərdə zəif duman müşahidə ediləcək, şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-6, gündüz 9-14 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, gecə və səhər ayrı-ayrı yerlərdə duman, Lənkəran-Asrtara zonasında çiskin olacağı gözlənilir. Qərb küləyi əsəcək.
Aran rayonlarında havanın temperaturu gecə 1-6, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 4-9 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti təşkil edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB