Noyabrın 3-də saat 15:23-də Azərbaycan Respublikasının ərazi sularının cənub hissəsində, sahildən 50-55 dəniz mili məsafədə Rusiya Federasiyasının bayrağı altında üzən, İran İslam Respublikasına məxsus "Amur 2504" gəmisi yanacağının bitməsi səbəbindən təhlükəli vəziyyətlə qarşılaşıb.
Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının mətbuat xidmətindən bildiriblər ki, bununla bağlı həyəcan (SOS) siqnalı verilib. Dövlət Dəniz Administrasiyasının Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzi tərəfindən qəbul edilmiş SOS siqnalı əsasında müvafiq tədbirlər görülərək gəminin təhlükəsiz hərəkəti bərpa olunub. "Amur 2504" gəmisi noyabrın 4-də saat 11:30-da Ənzəli Limanı istiqamətində səfərini davam etdirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB