Səfir etimadnaməsini xarici işlər nazirinə təqdim edib

Səfir etimadnaməsini xarici işlər nazirinə təqdim edib

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İordaniyanın ölkəmizdə yeni təyin olunmuş səfiri Nassar İbrahim Məhəmməd Əl-Habaşneh ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, görüşdə iordaniyalı səfir etimadnaməsinin surətini Elmar Məmmədyarova təqdim edib.

Nazir səfirə yeni diplomatik fəaliyyətində uğurlar arzu edib.

Nassar İbrahim Məhəmməd Əl-Habaşneh ölkələrimiz arasında əlaqələrin daha da inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə