Ruhaninin Azərbaycana səfəri zamanı imzalanacaq sənədlərlə bağlı müzakirələr aparılacaq
Noyabrın 6-da İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri, İran-Azərbaycan müştərək iqtisadi komissiyasının həmsədri Mahmud Vaizinin rəhbərliyi ilə işçi qrupu Azərbaycana səfər edəcək.
Səfər çərçivəsində M.Vaizi iqtisadiyyat və sənaye naziri, Azərbaycan-İran müştərək iqtisadi komissiyasının həmsədri Şahin Mustafayevlə və digər rəsmi şəxslərlə görüşəcək. Görüşlərdə İran Prezidenti Həsən Ruhaninin Azərbaycana gözlənilən rəsmi səfəri zamanı imzalanacaq sənədlər barəsində müzakirələr aparılacaq.
Rabil Kətanov, AzərTAc
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB